Türkiyə klubunun yeni üzvü Rusiyanın işğalçı siyasətinə görə "Neftçi"nin qatılacağı turniri boykot etdi

Türkiyə klubunun yeni üzvü Rusiyanın işğalçı siyasətinə görə "Neftçi"nin qatılacağı turniri boykot etdi

Futbol üzrə Bosniya və Herseqovina milli komandasının kapitanı Edin Zeko “Neftçi”nin də qatılacağı Sankt-Peterburqdakı “PARI Premyer” turnirini boykot edib.

MediaSport.az xəbər verir ki, "Fənərbağça"nın yeni transferinin bu addımı atması Rusiyanın işğalçı siyasətinin əleyhinə çıxmasından irəli gəlir.

Ukraynanı dəstəklədiyini bildirən 37 yaşlı forvard “Srvena Zvezda” (Serbiya), “Zenit” (Rusiya) və “Neftçi” ilə görüşlərdə komandasının heyətində yer almayacaq.

2022-ci ilin noyabrında Bosniya və Herseqovina millisi Rusiya yığması ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırsa da, Dzeko başda olmaqla, bir neçə oyunçunun imtinası səbəbindən oyun baş tutmamışdı.

Qeyd edək ki, “Fənərbağça” ilə “Neftçi” arasında qarşılaşma iyulun 15-də keçiriləcək.