"Zirə"nin futbolçusu təcavüzkar davranışına görə cəzalandırılıb

"Zirə"nin futbolçusu təcavüzkar davranışına görə cəzalandırılıb

AFFA İntizam Komitəsi "Zirə"nin hücumçusu Vladislav Kulaça 4 oyunluq cəza verib.

Mediasport.az PFL-ə istinadən xəbər verir ki, buna səbəb ukraynalı futbolçunun Premyer Liqanın 12-ci turunun "Sabah"la görüşünün son dəqiqələrində rəqibin futbolçusuna qarşı etdiyi təcavüzkar davranışı olub.

Oyunun 90-cı dəqiqəsində “Zirə” klubunun 9 nömrəli futbolçusu Vladislav Kulaç təcavüzkar davranış etdiyinə görə Vladislav Kulaç 4 oyunluq cəzalanır, “Zirə” klubu 3000 manat cərimə edilir (maddə 40.3).