"Uduzmağımıza baxmayaraq, oyunçularımızla fəxr edirik"

"Uduzmağımıza baxmayaraq, oyunçularımızla fəxr edirik"

"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 18-ci turunun "Neftçi"yə məğlubiyyəti barədə danışıb.

mediasport.az xəbər verir ki, gənc mütəxəssis 0:3 hesablı yenilgi barədə bunları deyib:

"Bir neçə mövqedə problemlərimiz var. Gənc futbolçular axtarırıq".

38 yaşlı mütəxəssis komandasının döyüşkən futbol sərgilədiyini söyləyib: "Əvvəldən bilirdik ki, çox çətin olacaq. Rəqibin oyunu göz önündədir. Birinci hissədə qol imkanlarımız oldu, yararlana bilmədik. İkinci hissədə rəqib üstünlüyü ələ aldı. Çox önə atıldıq, qol vurmaq istəyirdik. Müdafiədə də boşluqlar verdik. Uduzmağımıza baxmayaraq, oyunçularımızla fəxr edirik. Onların inkişafı hər şeydən önəmlidir".