Yığmamızın lideri Bakıdakı Avropa çempionatında finala yüksəldi
Azərbaycan yığmasının iki bədii gimnastı - Zöhrə Ağamirova və İlona Zeynalova Bakıda keçirilən Avropa çempionatında fərdi proqramda çıxış edib.
mediasport.az xəbər verir ki, idmançılarımız təsnifat mərhələsində halqa və topla bacarıqlarını nümayiş etdiriblər.
Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə 32.150, topla hərəkətlərdə 32.550 xal toplayaraq hər ikisində finala yüksəlib. O, təsnifatda müvafiq olaraq, 6 və 5-ci yerləri tutub.
İlona Zeynalova isə halqa ilə hərəkətlərdə hakimlərdən 23.900 xal alaraq 59-cu olub. Gimnast topla hərəkətlərdə 27.300 xal toplayıb və yekunda 35-ci yeri tutub.
Yarışın ilk günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv iki medal qazanıb.
AÇ mayın 21-də başa çatacaq.