Babək Quliyev İtaliya milli komandasının oyununa təyinat alıb

Babək Quliyev İtaliya milli komandasının oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Mediasport.az xəbər verir ki, keçmiş FİFA referisi 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin San Marino – İtaliya oyununda hakim-inspektoru olacaq.

Görüş noyabrın 16-da San Marinoda keçiriləcək.