FİFA-dan Ronalduya "qırmızı işıq"

FİFA-dan Ronalduya "qırmızı işıq"

"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldunun Ərəb Çempionlar Liqasında vurduğu qollar rəsmi qollarının sayına əlavə edilməyəcək.

Mediasport.az xəbər verir ki, buna FİFA-nın Ərəb Kubokunu rəsmi turnir kimi tanımaması səbəb olub.

Turniri Ərəb Futbol Assosiasiyaları İttifaqı (UAFA) təşkil edir. UAFA dünya futbol federasiyası tərəfindən qəbul edilən təşkilat olmadığı üçün Ərəb Dövlətləri Kuboku yoldaşlıq turniri sayılır.

Bildirək ki, dünya futbolunun 38 yaşlı ulduzu bu turnirdə 6 oyun keçirib, 6 qol vurub.

Portuqaliya yığmasının lideri karyerası ərzində bütün turnirlərdə 838 qolla dünya futbolunun bombardiridir.