"Kəpəz" serblərə qarşı

"Kəpəz" serblərə qarşı

"Kəpəz" Antalya təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxacaq.

mediasport.az xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda Serbiyanın “Novi Pazar” kollektivi ilə qarşılaşacaq. Görüş Bakı vaxtilə saat 17:00-da başlanacaq.

Gəncə təmsilçisi Antalyadakı ilk yoldaşlıq görüşündə Macarıstanın "MTK Budapeşt" komandasına qalib gəlib - 1:0. "Kəpəz" yanvarın 18-də Qazaxıstanın "Kaysar" klubu ilə üz-üzə gələcək.