"Prezident Kuboku-2023" ilk dəfə Assosiasiyanın təqviminə daxil edilib

"Prezident Kuboku-2023" ilk dəfə Assosiasiyanın təqviminə daxil edilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan "Prezident Kuboku-2023" beynəlxalq reqatası ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqviminə daxil edilib.

mediasport.az xəbər verir ki, Assosiasiyanın rəsmi internet səhifəsində yarışla bağlı məlumat da dərc olunub.

"Prezident Kuboku-2023" 4-7 may tarixlərində gerçəkləşəcək. AKAF-ın 2022-ci il, 21-23 oktyabr tarixlərində təşkil etdiyi “Mingəçevir Reqatası” da Avropa Kanoe Assosiasiyasının təqvimində yer almışdı.