"Qarabağ"ın futbolçusu ən yaxşı olmağa namizədlərdən biridir
“Qarabağ”ın futbolçusu Yassin Benzia ölkəsi Əlcəzairdə ayın ən yaxşı oyunçusu adına namizədlər sırasında yer alıb.
Mediasport.az xəbər verir ki, ötən ay millinin heyətində möhtəşəm qolla yadda qalan 30 yaşlı yarımmüdafiəçi qalib adına 3 iddialıdan biridir.
Onun rəbiləri Niderlandın “Vitess” komandasından Anis Hac Mussa və İngiltərənin “Vulverhempton” klubundan Rayan Ayt Nuridir.
Azarkeşlər arasında keçirilən səsvermədə müəyyənləşəcək qalibə aprelin 7-də “Fennec du mois” mükafatı təqdim olunacaq.
Qeyd edək ki, Yassin Benzia Əlcəzair millisinin “FİFA series” turniri çərçivəsində Boliviya və Cənubi Afrika Respublikası yığmalarına qarşı keçirilən matçlarda ümumilikdə 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.