"Qəbələ" Rumıniya Kuboku və Superkubokun son qalibi ilə qarşılaşır

"Qəbələ" Rumıniya Kuboku və Superkubokun son qalibi ilə qarşılaşır

Yanvarın 4-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün yoxlama oyunu çərçivəsində ilk sınağına çıxacaq.

mediasport.az xəbər verir ki, rəqib Rumıniyanın “Sepsi” klubu olacaq. “Arcadia Sports Senter”də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

2011-ci ildə yaradılmış “Sepsi” Rumıniya Kubokunun və Superkubokun son qalibidir. Antalyada daha iki yoxlama matçında qüvvəsini sınayacaq “Qəbələ” yanvarın 14-də Almaniyanın “Lukenvalde”, 16-da isə Çexiyanın “Teplitse” klubu ilə görüşəcək.