"Qəbələ"də yeni müqavilə

"Qəbələ"də yeni müqavilə

“Qəbələ” İdman Klubu yeni tərəfdaşlıq müqaviləsinə imza atıb.

Mediasport.az xəbər verir ki, klub “Caspian Sport & Landscape” şirkəti ilə əməkdaşlığa başlayıb.

Stadionların ot örtüyünə nəzarət üzrə ixtisaslaşan şirkətlə rəsmi tərəfdaşlıq müqaviləsi imzalanıb. 

Azərbaycanda yeni fəaliyyətə başlayan “Caspian Sport & Landscape” Qəbələ şəhər stadionunun meydançalarının ot örtüyünə nəzarət edəcək.

Şirkətin baş aqronomu tanınmış mütəxəssis Filip Şarplesdir.

Vaxtilə Qəbələ şəhər stadionunda təbii ot örtükləri üzrə baş mütəxəssis vəzifəsində fəaliyyət göstərmiş aqronom Bakıdakı bir sıra idman qurğularında da eyni vəzifəni tutub.