"Sabah"da yeni müqavilə - FOTO

"Sabah"da yeni müqavilə - FOTO

“Sabah” müdafiəçi Amin Seydiyevlə yeni müqavilə bağlayıb.

mediasport.az xəbər verir ki, Azərbaycan millisinin 24 yaşlı üzvü ilə bağlanmış yeni müqavilənin müddəti 2026-cı ilə kimi nəzərdə tutulub.

Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışır. O, bu günə kimi komandanın heyətində 71 rəsmi matç keçirib (66 oyun Premyer Liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub.

Amin “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur.