"Sumqayıt" "Şaxtyor"un yetirməsi ilə 3 illik müqavilə bağladı - RƏSMİ

"Sumqayıt" "Şaxtyor"un yetirməsi ilə 3 illik müqavilə bağladı - RƏSMİ

2023/24-cü illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə müqaviləni yeniləyib.

MediaSport.az xəbər verir ki, yarımmüdafiəçi Murad Xaçayevlə 2+1 illik anlaşma əldə olunub.

Qeyd edək ki, Murad Xaçayev 2018-ci ildən “gənclik şəhəri” təmsilçisinin üzvüdür. Sumqayıt klubunda indiyədək 84 qarşılaşmada meydana çıxan Donetsk "Şaxtyor"unun 25 yaşlı yetirməsi 6 qol vurub.