"Araz-Naxçıvan"lı "Turan Tovuz"lunu 90 dəqiqə izləyib

"Araz-Naxçıvan"lı "Turan Tovuz"lunu 90 dəqiqə izləyib

AVRO-2024-ün seçmə qrup mərhələsində Azərbaycan yığmasının rəqibi İsveç millisi yoxlama oyunu keçirib.

Mediasport.az xəbər verir ki, skandinavlar Moldova ilə qarşılaşıblar.

İsveç millisinin 3:1 hesablı qələbəsilə yekunlaşan matçda Moldova yığmasının heyətində “Turan Tovuz”un futbolçusu Denis Marandiçi 90 dəqiqə meydanda olub.

Müdafiəçi 66-cı dəqiqədə sarı vərəqə alıb. Moldova millisinə dəvət alan “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram isə ehtiyatda qalıb.