"Zirə"yə lazım olmayan serbiyalı 1-ci Liqa klubu ilə anlaşdı - RƏSMİ

"Zirə"yə lazım olmayan serbiyalı 1-ci Liqa klubu ilə anlaşdı - RƏSMİ

2021-ci ilin yanvarından bu ilin mayına qədər "Zirə"də çıxış etmiş Nemanya Ancelkoviçin yeni komandası müəyyənləşib.

MediaSport.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Rusiyanın 1-ci Liqa təmsilçisi "Akron"da oynayacaq.

Anlaşmanın detalları açıqlanmasa da, Tolyatti klubu rəsmi saytı vasitəsilə serbiyalının keçidini paylaşıb. Ancelkoviç yeni klubunda 26 nömrəli formanı geyinəcək.


Ayxan