Premyer Liqa futbolçularımız Afrikada yenidən qarşılaşdılar - VİDEO

Premyer Liqa futbolçularımız Afrikada yenidən qarşılaşdılar - VİDEO

Afrika Millətlər Kubokunun seçmə mərhələsinin oyunları keçirilib.

mediasport.az xəbər verir ki, Azərbaycanda çıxış edən legionerlər - “Turan Tovuz”un müdafiəçisi Siyanda Xulunun formasını geyindiyi Cənubi Afrika millisi “Sumqayıt”ın yarımmüdafiəçisi Terrens Tisdellin şərəfini qoruduğu Liberiya yığması ilə növbəti dəfə üz-üzə gəlib.

Komandaların 4 gün öncə Yohannesburqdakı duelində qalib müəyyənləşməsə də (2:2), Monroviyadakı matçda qonaqlar qələbə qazana biliblər - 2:1.

Azərbaycan Premyer Liqadasında çıxış edən futbolçuların hər ikisi bu oyuna start heyətdə başlayıb. Siyanda 90 dəqiqə oynayıb, Terrens fasilədə əvəzlənib.

CAR millisi hazırda yer aldığı "K" qrupunda 4 xalla ikinci, 1 xalı olan Liberiya isə üçüncü pillədə qərarlaşıb.