AFFA-nın əməkdaşları UEFA-nın konfransında iştirak ediblər

AFFA-nın əməkdaşları UEFA-nın konfransında iştirak ediblər

8-9 noyabr tarixlərində Kiprin Limassol şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda illik konfrans keçirilib.

Mediasport.az xəbər verir ki, AFFA-nın əməkdaşları da UEFA-nın konfransında iştirak ediblər

Konfransa qurumun Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov və maliyyə meyarları üzrə eksperti Aynur Abdullayeva qatılıblar.

Konfransda ötən lisenziyalaşdırma mövsümünün icmalı, Kiprdə futbolun inkişafı, klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər, UEFA-nın klub yarışlarında növbəti mövsümdən etibarən baş verəcək dəyişikliklər, klubların Lisenziyalaşdırılmasında hüquqi məsələlər, qadın futbolu və klubların lisenziyalaşdırılması və s. mövzular müzakirə olunub.

Konfrans zamanı “Qadın futbolunda standartlarının yüksəldilməsi” mövzusunda aparılmış müzakirələrdə klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov iştirak edib.