"Qarabağ" "Neftçi"ni 8 qolla keçdi, "Zirə" tarixində 2-ci dəfə finalda

"Qarabağ" "Neftçi"ni 8 qolla keçdi, "Zirə" tarixində 2-ci dəfə finalda

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

Mediasport.az xəbər verir ki, yarımfinalın cavab qarşılaşmalarından ilki Qəbələdə baş tutub.

Premyer Liqadan düşəcəyi 99 faiz dəqiqləşən rayonun eyniadlı təmsilçisi "Zirə"yə bu deldə də uduzaraq mübarizəni dayandırıb.

Rəşad Sadıqovun komandası tarixində ikinci dəfə ölkə kubokunun finalına vəsiqə qazanıb.

Mövsümü "qızıl dubl"la başa vurmağı hədəfləyən "Qarabağ" isə ilk dueldə darmadağın etdiyi "Neftçi" ilə formal matçda yenidən 4 qol vurub.


Azərbaycan Kuboku. Yarımfinal. Cavab oyunları


17:00 "Qəbələ" - "Zirə" 0:2

Qollar: Vladislav Kulaç, 59, Rafael Utziq, 84.

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Qəbələ şəhər stadionu. İlk oyun 1:2

“Qəbələ”: 1. Rəşad Əzizli, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Urfan Abbasov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş, 72. Osama Xalayla.

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 5. Rauf Hüseynli, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo.

Baş məşqçi: Kaxaber Tsxadadze.

“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 15. Pyer Zebli, 6. Eldar Quliyev.

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 24. Sezar Meza Kolli, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma.

Baş məşqçi: Rəşad Sadıqov.


20:00 "Qarabağ" - "Neftçi" 4:1

Qollar: Olavio Juninyo, 17, 70, Qara Qarayev, 62 (avtoqol), Nəriman Axundzadə, 78 - Reziuan Mirzov, 64.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Tofiq Bəhramov adına Respublika stadionu. İlk oyun 4:0

"Qarabağ": 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.

Baş məşqçi: Qurban Qurbanov.

"Neftçi": 1. İvan Brkiç, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev (k), 19. Azər Salahlı, 91. Ağadadaş Salyanskiy, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 20. Alfa Konte.

Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 16. Lukas Melano, 23. Ataa Caber, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.

Baş məşqçi: Miodraq Bojoviç.