İdmançılarımız dünya çempionatını medallarla yekunlaşdırdılar - FOTO

  İdmançılarımız dünya çempionatını medallarla yekunlaşdırdılar - FOTO

Qazaxıstanda qrapplinq və qrapplinq qi idman növləri üzrə U-15, U-17, U-20, böyüklər və veteranlar arasında dünya çempionatı keçirilib.

Mediasport.az xəbər verir ki, böyüklər arasında Fərhad  Bağırov (58 kq) qızıl, Hacımurad Purtiyev (84 kq) gümüş medal qazanıblar.

Veteranlar arasında Səbuhi Məmmədov (62 kq) iki versiyada da gümüş medala sahib olub.

Aysu Əliyeva (U-17, 40 kq) qrapplinq üzrə gümüş, qrapplinq qi versiyasında isə bürünc medala layiq görülüb.

U-20 yaş qrupunda Elman Əsgərov (71 kq), Emil Verdiyev (62 kq) gümüş, Hacıəbdül Abdulov (U-15, 29-32 kq) bürünc medala yiyələniblər.