Prezident Azərbaycanın keçirəcəyi III MDB Oyunlarından danışdı

Prezident Azərbaycanın keçirəcəyi III MDB Oyunlarından danışdı

"Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək".

Mediasport.az xəbər verir ki, bunu Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Ölkə başçısı Belarusu II MDB Oyunlarını uğurla keçirməsi münasibətilə təbrik edib:

"Fürsətdən istifadə edərək, Belarusu II MDB Oyunlarını uğurla keçirməsi münasibətilə təbrik etmək istərdim. Belaruslu dostlarımızın və qardaşlarımızın təcrübəsi bu mühüm idman tədbirinə hazırlıqda və onun keçirilməsində bizim üçün çox faydalı olacaq."

Gələn il təşkil olunacaq III MDB Oyunlarına Gəncə ev sahibliyi edəcək.