Uçan "Beşiktaş"lı: "Gözəl nəticə əldə etdik, mərhələni keçmək istəyirik"
"Beşiktaş" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyununda Bakıda "Neftçi"ni 3:1 hesabı ilə məğlub etdi.
mediasport.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Salih Uçan qələbə barədə fikirlərini bölüşüb.
29 yaşlı yarımmüdafiəçi mərhələni keçmək istədiklərini bildirib: "Səfərdə oynadıq, gözəl nəticə əldə etdik. Mərhələni keçmək istəyirik. Bizi burada dəstəkləyən azarkelərimizə təşəkkür edirik. "8 nömrə" mövqeyində özümü daha rahat hiss edirəm. Bəzən "6 nömrə" mövqeyində də oynaya bilirəm. Özümü yaradıcı oyunçu hesab edirəm".
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 17-də Türkiyədə keçiriləcək.