Nazir müavini Bakıda Odette Assembe Enqulu ilə görüşüb

Nazir müavini Bakıda Odette Assembe Enqulu ilə görüşüb

Gənclər və idman nazirinin müavini Mariana Vasileva Kamerun Milli Badminton Federasiyasının prezidenti, Kamerun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezidenti Odette Assembe Enqulunu qəbul edib.

Mediasport.az xəbər verir ki, nazir müavini qonağa ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Qonaq səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev iştirak ediblər.