Milli taekvondoçularımızın Bakı fiaskosu davam edir - DÇ-2023

Milli taekvondoçularımızın Bakı fiaskosu davam edir - DÇ-2023

Azərbaycan yığmasının daha 3 taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəni erkən dayandırıb.

mediasport.az xəbər verir ki, 80 kq-da yarışan Əliəskər Əliyev  1/8 finalda Migel Treyosuna (Kolumbiya) məğlub olub.

87 kq-dakı Taleh Süleymanov eyni mərhələdə amerikalı Maykl Rodrigeslə bacarmayıb.

Qadınların yarışında 49 kq-da təmsilçimiz Patimat Abakarova da 1/8 final səddini keçə bilməyib. "Rio-2016" Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Qazaxıstan idmançısı Botages Kapanovaya uduzub.

İlk 2 gündə də 3 idmançımız DÇ-də medalsız qalıb. 58 kq-da Qaşım Maqomedov, 67 kq-da Fəridə Əzizova, 68 kq-da isə Cavad Ağayev medal qazana bilməyib.

Mundial iyunun 4-də başa çatacaq.