"Neftçi"də ayrılıqlar davam edir - Daha bir rəhbər şəxs klubdan gedib

"Neftçi"də ayrılıqlar davam edir - Daha bir rəhbər şəxs klubdan gedib

"Neftçi"də daha bir ayrılıq reallaşıb.

Mediasport.az saytına verilən məlumata görə, bir neçə ay əvvəl Kommersiya direktoru təyin olunan Rüstəm Allahverdiyevin ardından akademiyanın direktor müavini Zaur Əzizov da paytaxt klubu ilə vidalaşıb.

2021-ci ilin dekabrından "ağ-qaralar"da çalışan funksioner isveçli Yens Anderssonun gəlişindən sonra idman direktoru vəzifəsini təhvil verərək akademiyaya yön almışdı.

Əzizov 2008/2021-ci illərdə "Qəbələ"nin baş meneceri olub.