DƏQİQLƏŞDİ - "Qarabağ"ın əsas dirəyi 4 ay futbol oynamayacaq

DƏQİQLƏŞDİ - "Qarabağ"ın əsas dirəyi 4 ay futbol oynamayacaq

“Qarabağ”ın müdafiə xəttinin lideri Kevin Medina azı 4 ay yaşıl meydanlara çıxa bilməyəcək.

Mediasport.az xəbər verir ki, bu barədə məlumatı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov verib.

Təcrübəli mütəxəssis yeni əməliyyat olunan kolumbiyalı futbolçunun UEFA Avropa Liqasının pley-off mərhələsinin 2024-cü ilin fevralında keçiriləcək "Braqa” (Portuqaliya) ilə matçları daxil, uzun müddət oynaya bilməyəcəyini açıqlayıb:

“Əməliyyatdan sonra bizə məlumat verdilər ki, Medina təxminən 4 ay olmayacaq. Onun yerinə qarşımıza konkret transfer hədəfi qoymamışıq. Ancaq yaxşı oyunçu çıxarsa, “yox” demərik".