FİFA referisi Kamal Umudlu Konfrans Liqasına təyinat aldı

FİFA referisi Kamal Umudlu Konfrans Liqasına təyinat aldı

FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Mediasport.az xəbər verir ki, o, UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Drita” (Kosovo) - “Breydablik” (İslandiya) qarşılaşmasının baş hakimi olacaq.

Kamal Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

İyulun 30-da Poduyevo şəhərində yerləşən “Zahir Payaziti” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.