"Kaşukun "Sabah"da qalması üçün "Şaxtyor"la danışıqlar davam etdirilir"

"Kaşukun "Sabah"da qalması üçün "Şaxtyor"la danışıqlar davam etdirilir"

"Baş məşqçimiz Murad Musayevin də bir müddət öncə bildirdiyi kimi, yay fasiləsində bir neçə transfer həyata keçirməyi planlaşdırırıq".

mediasport.az saytına açıqlamasında bu fikirləri "Sabah"ın Mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

Klub rəsmisi hazırda transferlər istiqamətində iş görüldüyünü qeyd edib: "Lakin konfidensiallıq baxımından xidmətində maraqlı olduğumuz, danışıqlar gedən oyunçularla bağlı hər hansı məlumat verə bilmərik. Hər hansı rəsmi anlaşma əldə olunan kimi ətraflı məlumat verəcəyik".

Həmidov komandanın lideri Kaşukla bağlı məsələnin hələlik açıq qaldığını vurğulayıb: "Bildiyiniz kimi, Alekseyin klubla icarə müqaviləsinin müddəti mövsümün sonunda başa çatdı. Rəhbərliyimiz onun növbəti mövsümdə də komandamızda olması üçün məxsus olduğu "Şaxtyor"la danışıqları davam etdirir".