"Neftçi"də yeni əməkdaşlıq
“Motorola” şirkəti “Neftçi” Peşəkar Futbol Klubunun texnoloji tərəfdaşı olub.
mediasport.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində klubun texniki bazasının təchiz edilməsində istifadə olunacaq müasir mobil cihazların köməyilə innovativ texnologiyalara çıxış əldə olunacaq.
“Motorola” şirkəti öz brendini “Neftçi”nin cari mövsümdə oyunlarının yayımlarında həyata keçirəcək fəaliyyətinə inteqrasiya etmək imkanı əldə edəcək.