"Neftçi"nin qapıçısı komandadan ayrılıb Azərbaycana qayıtdı
"Neftçi"nin qapıçısı Aqil Məmmədov komandanın Sankt-Peterburqda (Rusiya) təlim-məşq toplanışını tərk edərək Bakıya qayıdıb.
MediaSport.az xəbər verir ki, buna səbəb 34 yaşlı qapıçının "Matç TV" kubokunun ilk oyununda “Zenit”lə görüşdə (1:3) aldığı zədə olub.
Təcrübəli qapıçı "ağ-qaralar"ın Rusiya toplanışının qalan hissəsini buraxacaq. O, yalnız 10 gündən sonra məşqlərə başlaya biləcək.