"Şamaxı"nın son sınağı

"Şamaxı"nın son sınağı

"Şamaxı" Antalyadakı hazırlıq çərçivəsində sonuncu yoxlama görüşünü keçirəcək.

mediasport.az xəbər verir ki, onlar Serbiyanın "Napredak" klubu ilə qarşılaşacaq. Matça Bakı vaxtı ilə saat 16:00-start veriləcək.

"Şamaxı" Türkiyə toplanışında "Kaysar"la 0:0 bərabərə qalıb, "Botoşani" (0:1) ilə görüş isə 67-ci dəqiqədə güclü yağış səbəbindən yarımçıq dayandırılıb.