"Turan Tovuz" Rumıniya və İsveçrə klubları ilə qarşılaşacaq

"Turan Tovuz" Rumıniya və İsveçrə klubları ilə qarşılaşacaq

Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək “Turan Tovuz”un yoxlama görüşlərinə üz-üzə gələcəyi rəqiblərdən ikisi müəyyənləşib.

mediasport.az xəbər verir ki, qərb təmsilçisi Antalyada üç yoxlama oyununda qüvvəsini sınayacaq.

Ayxan Abbasovun komandası yanvarın 9-da Rumıniyanın "Petrolul", 4 gün sonra İsveçrənin “Aarau” kollektivi ilə qarşılaşacaq.

Tovuz təmsilçisinin yanvarın 17-nə planlaşdırdığı matç üçün rəqib hələ məlum deyil.