Premyer Liqa klubu "Qarabağ"ın futbolçusunu tranfer etmək istəyir
“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade karyerasını Rusiyada davam etdirə bilər.
mediasport.az xəbər verir ki, Rusiya Premyer Liqasında çıxış edən “Krasnodar” kabo-verdeli yarımmüdafiəçi ilə maraqlanır.
Krasnodar təmsilçisinin bugünlərdə qarşı tərəflə təmasa keçəcəyi bildirilir.
Ağdam klubu ilə 2025-ci ilin yayına qədər müqaviləsi olan Andrade cari mövsüm keçirdiyi 15 matçda 1 qol və 7 məhsuldar ilə yadda qalıb.