"Turan Tovuz"la 8-ci duel
!["Turan Tovuz"la 8-ci duel](https://mediasport.az/uploads/images/202402/image_750x_65cb3d379b33a.jpg)
“Qəbələ” Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində bu gün “Turan Tovuz”un qonağı olacaq.
Mediasport.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçiriləcək matç iki komanda arasında 8-ci duel olacaq.
Rəqiblər bunadək 6 dəfə çempionat və 1 dəfə kubokda üz-üzə gəliblər.
Əvvəlki qarşılaşmalarda “qırmızı-qaralar” üstünlüyə malikdir. Hesabında 3 qələbə olan “Qəbələ” 3 heç-heçə edib və yalnız bir dəfə uduzub. 12 qol vuran komanda 5 top buraxıb. Bilel Auaşeriya 3, Rafael Utziq və Osama Xalayla 2 dəfə “Turan Tovuz”un qapısına qol vurub.
Çempionatdakı 6 qarşılaşmada “Qəbələ” iki, “Turan Tovuz” isə 1 dəfə qalib gəlib. Üç görüşdə heç-heçə qeydə alınıb. 10 qol vuran “Qəbələ” 5 top buraxıb.
Dördüncü dəfə “Turan Tovuz”un qonağı olacaq “Qəbələ” səfərdə uduzmayıb. İki dəfə qalib gələn “qırmızı-qaralar” iki dueldən sülhlə ayrılıb. Komanda səfərdə 7 qol vurub və 3-nü buraxıb.