"Zirə"nin futbolçusu DÇ-nin seçmə oyununda assistlə yadda qalıb

"Zirə"nin futbolçusu DÇ-nin seçmə oyununda assistlə yadda qalıb

DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsinin oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, "Zirə"nin futbolçusu İssa Cibrillanın formasını geyindiyi Niger millisi öz meydanında Zambiyanı qəbul edib.

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İssa Cibrilla da bu görüşün iştirakçısı olub. 74-cü dəqiqədə əvəzlənən 27 yaşlı müdafiəçi komandasının ikinci qolunun məhsuldar ötürməsini edib.

2 turdan sonra 3 xal toplayan Niger yığmsı E qrupunda 2-ci pillədə qərarlaşıb.