"Sabah" rusiyalı Ayaz Quliyevlə neçə illik müqavilə bağladı?

"Sabah" rusiyalı Ayaz Quliyevlə neçə illik müqavilə bağladı?

Ayaz Quliyevin "Sabah" klubuna keçidi rəsmiləşib.

Mediasport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Rusiyanın “Ximki” klubundan transfer edilib.

Azərbaycan əsilli rusiyalı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, yeni klubunda 8 nömrəli formanı geyinəcək.

Moskva “Spartak”ının yetirməsi karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin Rusiyanın “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22) və “Ximki” (2022-2023) komandalarında çıxış edib.

Rusiyanın aşağı yaş qruplarından ibarət millilərinin üzvü olub.

Futbolçu Masazır təmsilçisinə keçidi haqda bunları deyib:

"Bu komandada olduğum üçün çox şadam. Gənc komanda olmasına baxmayaraq, kifayət qədər yaxşı nəticələrə imza atıb. Ən əsası isə dominantlıq, pressinq və topa nəzarət üzərində qurulmuş özünəməxsus oyun üslubu var. Uşaqlıqdan bu cür oyun tərzini çox bəyənirəm.

Düşünürəm ki, burada hər şey mənə uyğundur. Lakin ən əsası klubun mənim xidmətimdə maraqlı olmasıdır. Bu, ən mühüm olanıdır. Komandanın oyunlarını izlədikdə sərgilənən futbolun mənim sevdiyim tərzdə olduğunu gördüm. Buna görə, fikirləşirəm ki, hər şey yaxşı olacaq".