AFFA-da seminar keçirilib
![AFFA-da seminar keçirilib](https://mediasport.az/uploads/images/202404/image_750x_6613f48452b44.jpg)
AFFA-nın inzibati binasında seminar keçirilib.
Mediasport.az xəbər verir ki, seminar AFFA və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə Azərbaycan Premyer Liqasında mübarizə aparan komandalar və onların əvəzediciləri, o cümlədən I Liqa klublarının tibb heyətləri üçün “Antidopinq maarifləndirmə” mövzusunda baş tutub.
Tədbirdə AMADA-nın antidopinq məsələləri üzrə nümayəndəsi ilə AFFA-nın həkimi və dopinq nəzarəti üzrə kuratoru Olcay Bayramov çıxış ediblər.