Azarkeşlərə təşəkkür edən Emin Mahmudov: "Ümidləri doğrultmadıq"

Azarkeşlərə təşəkkür edən Emin Mahmudov: "Ümidləri doğrultmadıq"

Mövsümü uğursuz yekunlaşdıran "Neftçi"nin kapitanı Emin Mahmudov sosial şəbəkə hesabında azarkeşlərə təşəkkürünü bildirib.

mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü ümidləri doğrultmadıqlarını qeyd edib.

31 yaşlı yarımmüdafiəçi klub azarkeşlərinin hər zaman daha yaxşı nəticələrə layiq olduqlarını vurğulayıb: "Mövsüm boyu göstərdiyiniz dəstəyə görə təşəkkürlər. Biz ümidləri doğrultmadıq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasını 68 xalla 3-cü pillədə başa vuran "Neftçi" ölkə kubokunun finalında "Qəbələ"yə 0:1 hesabı ilə uduzub.