Bizdə "Qarabağ", dünyada "Vaduts"

Bizdə "Qarabağ", dünyada "Vaduts"

Azərbaycan Kubokunu 8-ci dəfə qazanan “Qarabağ” yarışın yeni rekorduna imza atıb.

Mediasport.az xəbər verir ki, 6-cı dəfə "qızıl dubl" edən ağdamlılar titul sayında Azərbaycan rekordunu yeniləyiblər.

Dünya futboluna nəzər salsaq, "Vaduts"un ölkə kuboku qazanmaqda əlçatmaz rekordçu olduğunu görərik.

Lixtenşteyn klubu tarixində 50 dəfə bu mükafata sahib çıxıb.


Ölkə kubokunu ən çox qazanan klublar


1. “Vaduts” (Lixtenşteyn) - 50 dəfə

2. “Linfild” (Şimali İrlandiya) - 48

3. “Seltik” (Şotlandiya) - 44

4. “Əl-Əhli” (Misir) - 42

5-6. “Muharraq” (Bəhreyn) - 34

“Reyncers” (Şotlandiya) - 34

7. “Selanqor” (Malayziya) - 33

8. "Sent Pyer" (Sent-Pyer və Mikelon) - 32

9. “Barselona” (İspaniya) – 31

10-11. “Benfika” (Portuqaliya) - 29

HB (Farer adaları) – 29