Qurbanov: "Daim qalibiyyət olanda futbolçularda arxayınlıq yaranır"

Qurbanov: "Daim qalibiyyət olanda futbolçularda arxayınlıq yaranır"

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda gözlənilmədən "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

 

mediasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov görüş haqda danışıb, jurnalistlərin suallarını cavablandırıb:

 

- Qəbələ"ni təbrik edirəm. Düşünürəm ki, qələbəyə layiq idilər. Son matçlarda yaxşı performans göstərən bir komandaya qarşı oynayırdıq. Bü gün düşündüklərimiz çox da alınmadı. Buna rəqibnin yaxşı oyunu təsir etdi. Kubok oyunları həmişə fərqli olur. Bu gün də bunun şahidi olduq. Bu il qarşıda bir matçımız var. Yaxşı performans göstərməyə çalışacağıq.

 

Sanki "Qarabağ" kuboka yaxşı motivasiya olmamışdı. Bu haqda nə deyə bilərsiz?

- Xeyr. Mən həmişə demişəm ki, kubok başqa prestijdir. Çalışırıq ki, bu turnirdə oyun təcrübəsi daha az olan futbolçulardan istifadə edək. Neçə illərdir bu, pis alınmır. Komandada ilin sonuna yaxın fiziki və psixoloji yorğunluq ola bilir. Həddən çox texniki səhvlərimiz olurdu. Orqanizm yorğun olanda düşüncə qabiliyyəti aşağı düşür. Bunun canlı şahidi olduq. Amma biz kuboka ciddi yanaşırıq. Çalışırıq ki, hər il kuboku başımız üzərinə qaldıraq. Bunun ləzzəti başqadır.

 

Mövsüm ərzində daxili yarışlarda ilk məğlubiyyətinizi aldız. Bu, komandaya psixoloji olaraq necə təsir göstərəcək?

- Hər məğlubiyyətdə həmişə gələcək üçün fayda görmüşəm. Bəzən futbolçular daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlidirlər. Bunun köməyi ola bilər. Həmişə qalibiyyət olanda futbolçularda arxayınlıq yaranır. Həmişə məğlubiyyət arzulamıram (gülür). Amma arada belə məğlubiyyətlərin faydası çox olur.

 

Azərbaycanda məğlubiyyətsiz çempion olan yeganə komanda "Kəpəz"dir. Sizin belə bir hədəfiniz var?

- Belə bir düşüncəmiz yoxdur. Heç bir oyunda uduzmaq istəmirəm. Futbolçulardan tələbimiz budur. Çempionluğa oynayırsansa, hər matça qalibiyyət üçün çıxmalısan. Məğlubiyyətimiz olmasa, çox sevinərik.


Musa Qurbanlının Polşa klubuna keçidi nə dərəcədə realdır?

- Hazırda real deyil. Bildiyim qədər maraqlanıblar. Amma bir məşqçi olaraq hələ ki, getməyinin tərəfdarı deyiləm.