Milli komandamızın futbolçusu "Zenit"lə yeni müqavilə bağladı

Milli komandamızın futbolçusu "Zenit"lə yeni müqavilə bağladı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva karyerasını harada davam etdirəcəyini müəyyənləşdirib.

Mediasport.az xəbər verir ki, yığmamızın aparıcı üzvü "Zenit"də qalmağa üstünlük verib.

22 yaşlı cinah futbolçusu Premyer Liqada yarışan Sankt-Peterburq klubu ilə anlaşmanı 2 mövsümlük uzadıb.

Xatırladaq ki, Mirəzliyeva 2023-cü ilin yanvarında Rusiya təmsilçisinin heyətində çıxış edir.