"Neftçi"nin hədəfi həmişə çempionluq olmalıdır, amma..."

"Neftçi"nin hədəfi həmişə çempionluq olmalıdır, amma..."

"Turnir cədvəlində istədiyimiz yerdə daynanmamışıq. Buna görə işlər qaydasında deyil. Amma mütləq turnir cədvəlində irəliləyəcəyik".

Mediasport.az xəbər verir ki, bu sözləri Rumıniya mətbuatına açıqlamasında "Neftçi"nin müdafiəçisi Yuri Matias deyib.

Braziliyalı futbolçu yenicə istefaya göndərilmiş baş məşqçi Adrian Mutunun gedişindən, komandanın vəziyyətindən, iddiasından və.s. məsələlərdən söz açıb:

"Burada özümü yaxşı hiss edirəm. Adrian Mutu ilə ayrılmaq çətin idi, ailə problemləri olduğu üçün onunla danışa bilmədim və getdi. Amma buna öyrəşmişik, komandada işlər yolunda getməyəndə baş məşqçi istefaya göndərilir. "Neftçi"nin hədəfi həmişə çempionluq olmalıdır, amma təəssüf ki, bu il çətin olacaq. Lider "Qarabağ" çox yaxşı komandadır, Avropada gözəl işlər görürlər. Biz də daha çox qələbə qazanmaq üçün çalışacağıq".

Qeyd edək ki, "ağ-qaralar" 18 turdan sonra 28 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıblar və lider "Qarabağ"dan 13 xal geri qalırlar.