PFL-in icraçı direktoru Millətlər Liqasına təyinat alıb

PFL-in  icraçı direktoru Millətlər Liqasına təyinat alıb

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.

Mediasport.az xəbər verir ki, PFL rəsmisi qadın futbolçulardan ibarət komandalar arasında Millətlər Liqasının seçmə mərhələsində təşkil olunacaq Sloveniya - Belarus matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, oktyabrın 31-də Sloveniyada reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.