TARİX YAZILDI - "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində!

TARİX YAZILDI - "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində!

Bu gün UEFA Avropa Liqasında təmsilçimiz "Qarabağ" qrup mərhələsinin sonuncu - 6-cı turunda "Hekken"lə qarşılaşıb.

Mediasport.az xəbər verir ki, "köhlən atlar" İsveç təmsilçisini məğlub edib (2:0) və tarixi uğura - Avropa Liqasında pley-off mərhələsinə adını yazdırıb.

Qrupun digər qarşılaşması "Bayer" - "Molde" duelində almanlar ikinciləri darmadağın edib (5:1).

Qeyd edək ki, Qurban Qurbanovun komandası öncədən Avropa Konfrans Liqasında növbəti mərhələni təmin etmişdi.

"Bayer" qrupa 18 xalla lider başa vurub. "Qarabağ" 10 xalla ikinci, "Molde" isə 7 xalla üçüncü olub. "Hekken" isə qrupu xalsız başa vurub.


UEFA Avropa Liqası. Qrup mərhələsi. 6-cı tur


21:45 "Qarabağ" - "Hekken" (İsveç) 2:1

Qol: Leandro Andrade, 1, Yassin Benzia, 45+3 - Bədavi Hüseynov, 90+4 (öz qapısına)

Qırmızı vərəqə: Marko Veşoviç, 55

Hakimlər: Yucin Caya, Doyando Miftari, Reydi Avdo

Dördüncü hakim: Olsion Yzeiray (hamısı Albaniya)

VAR: Luka Payretto, Valerio Marini (hər ikisi İtaliya)

Hakim-inspektor: Alan Mario Sent (Malta)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 18, Olavio Juninyo, 10. Abdullah Zubir.

Baş məşqçi: Qurban Qurbanov.

"Hekken": 26. Peter Abrahamsson, 21. Tomas Totland, 5. Even Hovland, 4. Ayham Usu, 13. Simon Sandberq, 27. Romeo Amane, 11. Samuel Qustafson, 18. Mikkel Riqaard, 23. Mamadu Sonko, 10. Ali Yussef, 17. Edvard Çilufya

Baş məşqçi: Per-Matias Höqmo.