"Qarabağ"la "Neftçi" gerilədi, "Sabah" və "Zirə"dən CİDDİ SIÇRAYIŞ - Yeni dünya reytinqi

"Qarabağ"la "Neftçi" gerilədi, "Sabah" və "Zirə"dən CİDDİ SIÇRAYIŞ - Yeni dünya reytinqi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) kubların yeni dünya reytinqini açıqlayıb.

Mediasport.az xəbər verir ki, siyahıda planetin ən yaxşı 507 komandası yer alıb.

Azərbaycan təmsilçilərindən ən yaxşı göstəriciyə sahib "Qarabağ" 5 pillə geriləyib. Ağdam təmsilçisi 183,75 xalla 53-cü pilləyə enib.

"Zirə" növbəti dəfə ciddi irəliləyişə nail olub. 15 pillə önə çıxan Rəşad Sadıqovun komandası 62,25 xalla 369-cu sıraya yüksəlib.

Klublarımız arasında ən böyük sıçrayışa nail olan “Sabah” 17 addım irəli çıxaraq 388-ci olub. Masazır komandasının hesabında 60,75 xal var.

"Neftçi" bir qədər də geriləyib. Ötən ay 3 pillə aşağı düşən "ağ-qaralar" bu dəfə 5 addım enişə yuvarlanıblar - 59,25 xalla 403-cü sıra.

Reytinqə 401 xalla İngiltərənin "Mançester Siti" klubu başçılıq edir.