"Qarabağ" səfərdə "Qəbələ"ni darmadağın edib - YENİLƏNDİ

"Qarabağ" səfərdə "Qəbələ"ni darmadağın edib - YENİLƏNDİ

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü turdan təxirə salınmış oyun keçirilib.

Mediasport.az xəbər verir ki, ağır günlərini yaşayan "Qəbələ" doğma meydanda lider "Qarabağ"ı qəbul edib.

Bölgə təmsilçisi Ağdam klubu ilə oyuna yeni baş məşqçi - Kaxaber Çxadadzenin rəhbərliyi altında çıxsa da, komanda darmadağından qaça bilməyib.


Azərbaycan Premyer Liqası. 23-cü tur


"Qəbələ" - "Qarabağ" 0:4

Qollar: Adama Diakabi, 47, Riçard Almeyda, 59-pen., Nəriman Axundzadə, 65, Marko Yankoviç, 80.

Qırmızı vərəqə: Feras Abu Akal, 52.

Baş hakim: Tural Qurbanov

VAR: Rəşad Əhmədov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu

"Qəbələ": 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Urfan Abbasov, 28. Murad Musayev, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 6. Feras Abu Akal, 9. Əyyub Allaş, 72. Osama Xalayla.

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.

Baş məşqçi: Kaxaber Çxadadze.

"Qarabağ": 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 19. Redon Cica, 15. Leandro Andrade.

Baş məşqçi: Qurban Qurbanov.