"Qəbələ"nin "Olimpiakos"la oyunlarının vaxtı açıqlanıb

"Qəbələ"nin "Olimpiakos"la oyunlarının vaxtı açıqlanıb

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun ikinci təsnifat mərhələsində oyunlarının vaxtı və yeri açıqlanıb.

Mediasport.az xəbər verir ki, Yunanıstan çempionu "Olimpiakos"a qarşı noyabrın 8-də keçiriləcək ilk matç Qəbələ şəhər stadionunda oynanılacaq.

Qarşılaşma saat 16:00-da başlanacaq.

Famil Xəlilovun komandasının Pireydəki cavab görüşü isə noyabrın 29-a "Olimpiakos" məşq mərkəzində keçiriləcək və Bakı vaxtilə saat 19:00-da start götürəcək.

"Qəbələ" ilk təsnifat mərhələsində "Puşkaş Akademiya"nı mübarizədən kənarlaşdırıb (1:1, 1:0).