"Səbail" - "Qarabağ" oyunu Şəhriyar Rəhimova həsr edildi - FOTO
Azərbaycan Premyer Liqasının 5-ci turunun bağlanış oyunu olan “Səbail” - “Qarabağ” matçı bugünlərdə dünyasını dəyişmiş Azərbaycan milli komandasının keçmiş futbolçusu Şəhriyar Rəhimovun xatirəsinə həsr edilib.
Mediasport.az saytının Bayıl stadionunda olan əməkdaşı xəbər verir ki, komandalar “ASCO Arena”da start götürən qarşılaşmaya üzərində mərhum futbolçunun şəkli olan maykalarda çıxıblar.
Birlikdə xatirə şəkli çəkdirən futbolçular Şəhriyar Rəhimovun ruhuna ehtiramlarını nümayiş etdiriblər.
Qeyd edək ki, Şəhriyar Rəhimov 2 ildən çoxdur mübarizə apardığı xəstəlikdən ötən ay - avqustun 25-də vəfat edib.