"Traktor"dan ardıcıl 2-ci məğlubiyyət

"Traktor"dan ardıcıl 2-ci məğlubiyyət

Futbol üzrə İran çempionatında 2-ci turun oyunları keçirilib.

mediasport.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” doğma meydanda "Persepolis"lə qarşılaşıb.

Təbriz klubu liqada ardıcıl ikinci məğlubiyyətini alıb - 0:1. Yeganə qol ilk hissədə vurulub. Qeyd edək ki, "al qurdlar" çempionatın açılış matçında səfərdə "Sepahan"a 1:3 hesabı ilə uduzmuşdular.