"Qəbələ"nin doğru yolda olduğunu görürük, məqsədimiz sosial layihədir"

"Qəbələ"nin doğru yolda olduğunu görürük, məqsədimiz sosial layihədir"

"Qəbələ" İdman Klubu ilə 3 illik tərəfdaşlıq müqaviləsi bağlayan "Euroclima" şirkətinin təsisçisi Aslan Abdullayev imzalama mərasiminin ardından jurnalistlərin suallarını cavablandırıb.

mediasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, iş adamı əsas hədəflərinin sosial layihə çərçivəsində gənclərə töhvə vermək olduğunu deyib.

Niyə məhz "Qəbələ"ni və əsas komandanı deyil, akademiyanı seçdiz?

- Çünki, “Qəbələ” yarandığı vaxtdan fundamental iş görür, uşaq futboluna diqqət ayırır. Mən şəxs olaraq bunu çox bəyəndim. Klubun doğru yolda olduğunu görürük.

Azərbaycan futbolunda çox sponsorlar olub. Futbolda gəlir yoxdur deyə, onlar bir müddət sonra futboldan uzaqlaşırlar. Siz də eyni addımı atmayacaqsız ki?

- Xeyr. Buna sosial layihə kimi baxırıq. Ümid edirəm ki, bura az da olsa, yardımım olacaq.

Əməkdaşlıqda gələcəkdə əsas komandaya dəstək olmaq nəzərdə tutulub?

- Arzu edək ki, olsun. Tək mən yox, ölkədəki bütün iş adamlarını futbola dəstək olmağa dəvət edirəm. Hamımız əl-ələ verib çalışmalıyıq.

Uşaq futboluna dəstək olan ilk iş adamlarındansız. Şirkətiniz isə isitmə-soyutma sistemləri qurur. Bu əməkdaşlıq futbolumuza "isitmə" gətirəcək, yoxsa "soyutma"? 

- Arzu edərdim ki, xoş nümunə olum. Təbii ki, bu da "isitmə" baxımından xeyir verər. Hərə öz gücü daxilində idmana dəstək olsa, yaxşıdır. 

"Turan Tovuz"la "Huner Group" arasında imzalanan tərəfdaşlıq sizə stimul verdi?

Bəlkə də stimul oldu. Biz Ehtiram Quliyevlə tanışıq. Onun fəaliyyəti tam başqadır. Biz uşaq futbolunu seçdik. Düşündük ki, burada daha çox fayda verə bilərik