DÇ-2024: Azərbaycan Rumıniya ilə bərabərə qalıb - YENİLƏNDİ

DÇ-2024: Azərbaycan Rumıniya ilə bərabərə qalıb - YENİLƏNDİ

Futzal üzrə Azərbaycan milli komandası bu gün DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Rumıniya ilə qarşılaşıb.

Mediasport.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan gərgin matçda komandamız bir neçə dəfə hesabda önə keçsə də, qələbə hesabını qoruya bilməyib.


DÇ-2024. Elit-raund. Qrup mərhələsi


20:00 Azərbaycan – Rumıniya 5:5

Qollar: Rafael Vilela, 17, 18, 24, Tofiq Mikayılov, 31, Əmir Şocaei, 33 - Nastai, 21, Andor Balint, 27, Daniel Arauxo, 31 Andor Balint, 34, Andrei Nemitanu, 36

Hakimlər: Damian Grabovski, Slavomir Steczko, Monika Czudzinovicz (Hamısı Polşa)

Hakim-inspektor: Gjergji Bitri (Malta)

UEFA nümayəndəsi: Someon Tsolakidis (Yunanıstan)